Kanan Mahmudov Instagram – Üzündə təbəssüm, dilində kəlam,
O sakit fırtına uca bir məqam!
Huseynə ölüncə söylədi: “Ağam!”
Eşqini qəlbində daşıyan adam.
Allahın verdiyi dərdə gülərdi,
Bu ali məqamdı, ali hünərdi.
Əlləri duada tit-tir əsərdi,
Duayla yaranı qaşıyan adam.
Gülüşü bərəkət, nəfəsi yazdı,
Nə qədər ağlasaq, yenə də azdı,
Adını tarixə beləcə yazdı:
Millətin qəlbində yaşıyan adam!
Hacı Şahinin əziz xatirəsinə
KəNaN MM | Posted on 04/Mar/2023 01:00:11