Taleh Yuzbayov Instagram – Miflərdə qəhrəmanın səhayəti başlayanda mütləq onun qarşısına Müdrik qoca çıxıb, ona yol göstərir. Bu görüş səhayətin çətin anında qəhrəmana seçim və istiqamət verir. Sonra qəhrəmanın atdığı addımlara əsasən əhvalat yaranır. Sonra bu əhvalatlar yeni Qəhrəmanlar və Müdrik qocalar yaradır.
Öz həyatımızın qəhrəmanı biz, həyatımız isə yaşayaraq yazdığımız əhvalatımız olduğunu saysaq, mənim bu əhvalatda Müdrik qocam Bəxtiyar müəllimdir. Yaxşı ki, O, vaxtıykən qarşıma çıxıb, mənə yol və seçim verib. O, bizə Teatrda ancaq teatrı yox, həm də həyatı öyrədib. Sayəsində çox mövzulardan agah olmuşuq.
Bugün onun ad günüdür. Arzu eləyirəm ki, çox yaşasın. Heç vaxt o teatra olan azartından və yaratmaq həvəsindən əl çəkməsin. Həmişə öyrətmək istəsin. Və ən əsası sağlam olsun.
Ad günün mübarək, Müəllim! | Posted on 13/Jul/2023 22:15:59
Check out the latest gallery of Taleh Yuzbayov



