Üzel Kərimova Instagram – Əhvalsız idim bu vaxtlar. Xoş olmayan bir ehtimalla, o ehtimalın olmaması arasında bir hiss yaşayırdım. Dondurma sevmirəm, o gün ən sevdiyim bir şey kimi aldım onu. Bu şəkillərdən əvvəlki hissələrdə çox gülmürəm, amma bunlar başqa idi. Çünkü sevdiyimiz və bizə dəyər verən dostların ömrümüzdə yeri başqa olur. Ula “gül” dedi, çəkəndə şəkili.
“Yaxşı gülməsən çəkməyəcəm, bugün çox gözəl görünürsən” dedi 🙂
Bir həftə əvvəl o ehtimal yaxşı çıxdı, pis olan hər şey həyatımızdan gəlib keçir, bizə yenə yaxşı insanlar, yaxşı xatirələr qalır.
Etiraf etməliyəm, yay üçün darıxıram, xüsusilə bu ay gələndə.
Çox sağol 🤍 @ula.sharbatova | Posted on 05/Nov/2023 13:08:22