Yaşayış yeri təyin olunmamış 5: Kart “Dilənçiyə də pulu mərdi-mərdanə vermək lazımdır”
“Hesab söhbəti” Hər “kruq”-da hesab gələndə söhbəti öz xeyrinə fırladan bir dost var 🙂
Yaşayış yeri təyin olunmamış 6: Netflix “Xanım, dilənçi deyiləm, mənə Netflix parolunuzu verin də!”
Əlixan təzə videolar çəkməyə başlayanda bir dostum onun videosunu mənə göstərib dedi ki: “Rəqibin gəlir!” Videoya baxıb, dedim ki: “Başı üçün deyil!” Amma Əlixan hər video ilə plankanı elə qaldırdı ki, ayaqlaşmağa məcbur oldum. Onun çəkdiyi hər video mənə, mənim çəkdiyim hər video ona motivasiya oldu. Və ən yaxşı videolarımızı belə çəkdik. Rəqib olmadıq, dost olduq. Bir yerdə ilk şəklimizi ilk videomuzu çəkən gün çəkdirdik. 9-cu mikrorayonda. Hamı bizdən nəsə ciddi bir şey gözləyirdi. Biz isə liftdə öpüşən day-dayların həmin ana qədər olan gününü çəkdik 🙂 Telefondan başqa texnikamız yox idi. Yolumuzun əvvəlində idik. Amma arzularımız var idi. Evdə telefonla video çəkən adamlardan öz filmini çəkmiş və serialını çəkən adamlara döndük. Filmimi çəkəndə o mənə dəstək oldu, serialını çəkəndə mən əlimdən gələn qədər dəstək oluram. Axırıncı şəklimiz də onun serialının çəkiliş meydanındandır. Əminəm ki, həmişə bir-birimizin yanında olacağıq. İndi isə həyatımızın təzə mərhələsindəyik… Əlixan asan adam deyil. Əlixan sabit adam deyil. Amma həmişə özü kimidir. Onu istəyənlər kimi istəməyənlər də çoxdur. Ən əsası bu onun vecinə də deyil. Onun hədəfi var. Onun arzuları var. Onun istedadı var. Bu gün ad gününü də çəkilişdə keçirir. Ad günün mübarək, Əlixan! Sənə bütün arzularını həyata keçirməyə güc və vaxt arzulayıram. Sağlam və güclü ol! Böyük işlər gör! Heç vaxt təslim olma! Öpürəm və bağrıma basıram!

🌞
“Birinci dərəcəli dost” Uzun müddətdən özümün ən uzun reklamını çəkdim. Məncə pis alınmayıb. Dost mövzusu həmişə maraqlı gəlirdi mənə. Bu videoda çalışdıq bu haqda danışaq. Darıxmışdım videolar üçün. İndi iki ssenarinin hazırlığı gedir. Tezliklə başqa videolarla da qarşınıza çıxacam. Hazırlıq, sponsor və güc lazımdır sadəcə. Əlimizə bulamışkən dayanmayaq dedim 🙂 P.s. Trenddəyik artıq ✌️ Poster: @jahangirgraphics
Yaz fəsli gözəldir. Bir illik dövrə başa çatır və hər şey təzədən başlayır. Həyatın özü kimi. Həyat özü də dövrədir. Yazı var, Yayı var, Payızı var və Qışı var. Yaz gələndə yaşamaq istəyirəm. Başa düşürəm ki, var olmaq gözəldir. Hiss eləyirəm. Var olduğumu başa düşürəm və hiss eləyirəm. “Gilas tamı” filmində bir səhnədə qoca kişi danışır ki: “Özümü asmaq üçün ağaca çıxmışdım. Gördüm məktəblilər gəlir. Məni ağacda görüb uşaqlar dedilər ki, ağacı silkələyim gilas yığsınlar. Silkələmyə başladım, uşaqlar altda dayanıb, gilasları toplayıb, yeməyə başladılar. Bir də baxdım ki, əlim bulanıb. Gilasa batmışdı. Mən də bir gilasın dadına baxdım. Sonra başqa gilası dərdim və ağzıma atdım. Beləliklə bir xeyli gilas yedim. Və başa düşdüm ki, özümü öldürsəm bir də ağzımda heç vaxt gilas tamını hiss eləməyəcəm. Ağacdan düşdüm!”. Yazın gəlişi də mənim üçün o gilas tamı kimidir. Bu yaz küləyini üzümdə hiss eləyəndə, çiçəkaçmış ağaclara baxanda, şəkərburanı, paxlavanı yeyəndə, tonqalın istisində qızınanda, yaxınlarla bir süfrə arxasında oturanda mənə çatır ki, nə vaxtsa bunlar olmayacaq. Ona görə həyata bağlanıram. Həyatı daha çox sevirəm. İndi var olmağın ləzzətini başa düşürəm. Buna görə də yazın gəlişini qeyd eləmək xoşuma gəlir. Novruz bayramınız mübarək! Həyatınızda hər gün bayram olsun!
Sizsiz hər şeyin nə mənası olardı?! Biz nə etdiksə sizin xoşunuza gəlmək, sizin sevginizi qazanmaq, bizi seçməyiniz üçün elədik. Siz ilham pərimiz də oldunuz, ölüm mələyimiz də. Sizə görə ov elədik, ev tikdik, dövlətlər qurduq, dövlətlər dağıtdıq. Sizə görə şeirlər yazdıq, musiqilər bəstələdik, rəsmlər və filmlər çəkdik. Sizə görə bir-birimizi duelə də çağırdıq, özümüzü də öldürdük. Sizə də az çəkdirməmişik tarixboyu. Haqlarınızı tapdadıq, tonqalda yandırdıq, evdə zorakılıq elədik, işdə təcavüz. Özümüzdən aşağı bildik, zəif cins də dedik. Amma… indi heç nə əvvəlki kimi deyil. Tarixdə bəlkə də ilk dəfədir ki, bu qədər bərabərhüquqluyuq. İndi seçim etmək haqqı həm sizdə, həm bizdə eynidir. Nə güclü olmaq məcburiyyətindəsiniz, nə də zəif. İndi istəsəniz güclü, istəsəniz zərif, istəsəniz işgüzar, istəsəniz evdar, istəsəniz ilham pərisi, istəsəniz yaradıcı ola bilərsiniz. İndi istəsəniz bizə ev də tikərsiniz, film də çəkərsiniz, lap çox istəsəniz ov da eləyərsiniz. Əsas odur istəyin və bacarın! Biz eyni deyilik. Amma eyni növün iki cinsiyik. Nə biz siz ola bilərik, nə də siz biz ola bilərsiniz. Amma biz bir yerdə olduqca insan var və olacaq! Bayramınız mübarək, Xanımlar! Həmişə xoşbəxt olun! ❤️
ProMeteni çox gec tanımışam. Yəni mən onu tanıyanda artıq H.O.S.T yox idi, Mete daha çox film post productionı ilə məşğul olan peşəkar idi. PicMus deyilən bir məkanda hamıya bacardığı qədər dəstək olub Mete. Bizim montaj üçün vasitəmiz olmayan vaxtlarda heç bir təmənnasız bizə öz kompüterlərindən birini də ayırmışdı. İlk videolarımızı da elə orda yığıb, səsini orda işləmişik. Hilal Baydarovla elə orda tanış olmuşam. Metegilin ofisi hamımız üçün yığılma nöqtəsi idi. Bütün elədiklərinə görə çox sağol, Mete! 11 mart Elektra Events Hallda Promete yenə reper kimi qarşımızda olacaq. İnanıram ki, möhtəşəm bir konsert keçəcək. Uğurlar, Mete!
Səhra
Səhra
Səhra
SƏMA İLƏ GÖRÜŞ – TEASER Film Azərbaycan Kino Mərkəzinin istehsalıdır. Rollarda: Rafael İsgəndərov, Taleh Yüzbəyov, Kəmalə Piriyeva, İlkin Həsəni, Əlibəy Məmmədli, Turanə Hüseynli, İlkin Xəlil, Nazlı Heydərova, İbrahim Süleymanlı, Nurlan Mürsəlzadə Baş Prodüser: Orxan Mərdan Quruluşçu rejissor: Rüfət Şahbazov Quruluşçu operator: Şahmar Səfəroğlu Ssenari müəllifləri: Vüqar Hüseynov, Talıb Əhmədov, Orxan Mərdan İkinci rejissor: Emin Qasımov Prodüser: Amiran Babayev İcraçı prodüser: Fuad Cəfərov Quruluşçu rəssam: Sevda Qasımova Qrim rəssamı: Eldar İsrafilov Geyim üzrə rəssam: Aynur Əliyeva Səs rejissoru: Sergey Netrunenko, İlqar Salim Rental: Azəri production Pr & Marketinq: Aynurə Azayeva #film #semailegorus #azerbaijancinemacenter
Uşaqlar, plastik tullantıları təkrar emala göndərmək üçün biz də @a1ixan ilə “Bahar təmizliyi” aksiyasına qoşulduq. Mart ayının 25-nə qədər siz də Dəniz Mall-ın dördüncü mərtəbəsində qurulan stendə yaxınlaşıb, aksiyada iştirak edə bilərsiniz. Ən çox plastik gətirən şəxsə hədiyyə də təqdim olunacaq. Təbiəti bir yerdə qoruyaq 🤗 @cocacolacoaze @ecohub.az @ecogovaz

💬 İmtahanlar hər zaman streslidir, lakin bəziləri həm də travmatik olur. Bu postumuzda sizlərə aktyor @taleh.yuzbayov-un dövlət imtahanında yaşadıqları və bu təcrübədən öyrəndikləri barədə məqaləmizi təqdim edirik. Sizdə də buna bənzər hallar olubmu? 💬 Exams are always stressful, but some are also traumatizing. Here is a story of how the actor @taleh.yuzbayov ‘s state exam went and what he learned from this experience. Did you have similar situations? #mystory #nargismagazine #actor #exam #story
Bu gün Azərbaycan teatrının 150 yaşı olur. 150 il əvvəl bu gün gimnaziya tələbələri bu böyük yolun əsasını qoydular. Böyük aktyor, rejissor, dramatuq, bəstəkar, rəssam və teatrda çalışan başqa fədailərimiz bu yolda öz ömürlərini xərclədilər. Bəziləri buna görə öldürüldü də. Teatrda işləmək fədakarlıqdır. O intriqalara, əsəbə, aylarla məşqlərə, o maaşa dözmək hər adamın işi deyil. Ömürboyu bir rolu arzulayıb, bəlkə də heç vaxt o obrazı oynamamaq var hər aktyorun qismətində. Qurduğun tamaşanın qısa vaxtda bağlanması var hər rejissor karyerasında. Yazdığın pyesin heç vaxt səhnəyə qoyulmaması var gər dramaturq yaradıcılığında. Bir də əksi var. Teatr səhnəsində arzuna çatmaq. O rolu oynamaq, o tamaşanı qurmaq, o pyesi səhnədə görmək. Və… sonda o ALQIŞ SƏSİ! Dünyada heç bir səs bu qədər gözəl ola bilməz teatr adamları üçün! Xışıldayan pul səsi də əslində pis səs deyil. Amma alqışı pulla almaq olmur! Mən də vaxtıykən teatr aktyoru olmuşam. Çox sevmişəm və sevirəm Teatrı! Bədənim elastik olmasa da Pantomim teatrında işləmək qərarına gəlmişdim. Əsas səbəb isə katarsis idi. Pantomim tetarının bir tamaşasına baxandan sonra keçirdiyim o aydınlanma, təmizlənmə hissi! Başqa heç bir teatrda bu hissi yaşamamışdım. Teatlarımızda bütün tamaşalara o enerjidən arzulayıram. Neçə ildir arzularımdan biri də müstəqil bir teatr yaratmaqdır. Əsgərlik vaxtı yazdığım bir pyes var. Nağıldır. Nəzmlə. Qismət olsa bu il o arzumu məhz bu tamaşa ilə həyata keçirdəcəm. Alqış səsləri üçün darıxmışam! Teatr bayramımız mübarək!
Hörmətli sahibkarlar sizə şad xəbərimiz var! Parkımıza qoşulun və sizin üçün hazırladığımız şərtlər ilə qazanmağa başlayın! 📞077 217 77 77 #sahibkar #sahibkarlıq #uberaz
Dostlar, aktiv istifadəçisi olduğum Kartmane kartında çox maraqlı yeniliklər baş verdi. Təsəvvür edin ki, 2 və ya 4 limitli keşbeki seçməyə məcbur deyiləm – çünki bütün növ keşbeklər bir yerdədir! Yəni həm benzin doldurub, həm alış-veriş edib və eyni zamanda restoranda xərclədikcə hamısından eyni anda qazanacam. Keşbeklər çoxdur, hamısını sadalamayacam, ən yaxşısı özünüz tam siyahını oxuyun. Hə, bir də Kartmanedən digər bank kartlarına köçürmə PULSUZ oldu. Sualı olan buraya daxil olsun, burada məndən daha çox biləcəklər – https://rbt.az/newkrt #SənDəYaşılaKeç
Dostlar, Kartmane kartınız varsa bu xəbərə çooox sevinəcəksiniz.💚 Kartmane kartına yeni keşbek növləri əlavə olunub.👇 ✅Kinoteatrlar-10% ✅İctimai nəqliyyat-5% ✅Kitab mağazaları-5% ✅Bərbər, gözəllik salonları və spa mərkəzləri-5% Ətraflı:https://rbt.az/cback