Taleh Yuzbayov Instagram – Yaz fəsli gözəldir. Bir illik dövrə başa çatır və hər şey təzədən başlayır. Həyatın özü kimi. Həyat özü də dövrədir. Yazı var, Yayı var, Payızı var və Qışı var. Yaz gələndə yaşamaq istəyirəm. Başa düşürəm ki, var olmaq gözəldir. Hiss eləyirəm. Var olduğumu başa düşürəm və hiss eləyirəm.
“Gilas tamı” filmində bir səhnədə qoca kişi danışır ki: “Özümü asmaq üçün ağaca çıxmışdım. Gördüm məktəblilər gəlir. Məni ağacda görüb uşaqlar dedilər ki, ağacı silkələyim gilas yığsınlar. Silkələmyə başladım, uşaqlar altda dayanıb, gilasları toplayıb, yeməyə başladılar. Bir də baxdım ki, əlim bulanıb. Gilasa batmışdı. Mən də bir gilasın dadına baxdım. Sonra başqa gilası dərdim və ağzıma atdım. Beləliklə bir xeyli gilas yedim. Və başa düşdüm ki, özümü öldürsəm bir də ağzımda heç vaxt gilas tamını hiss eləməyəcəm. Ağacdan düşdüm!”.
Yazın gəlişi də mənim üçün o gilas tamı kimidir. Bu yaz küləyini üzümdə hiss eləyəndə, çiçəkaçmış ağaclara baxanda, şəkərburanı, paxlavanı yeyəndə, tonqalın istisində qızınanda, yaxınlarla bir süfrə arxasında oturanda mənə çatır ki, nə vaxtsa bunlar olmayacaq. Ona görə həyata bağlanıram. Həyatı daha çox sevirəm. İndi var olmağın ləzzətini başa düşürəm. Buna görə də yazın gəlişini qeyd eləmək xoşuma gəlir.
Novruz bayramınız mübarək! Həyatınızda hər gün bayram olsun! | Posted on 20/Mar/2023 20:06:28
Check out the latest gallery of Taleh Yuzbayov



