Taleh Yuzbayov Instagram – Sizsiz hər şeyin nə mənası olardı?! Biz nə etdiksə sizin xoşunuza gəlmək, sizin sevginizi qazanmaq, bizi seçməyiniz üçün elədik. Siz ilham pərimiz də oldunuz, ölüm mələyimiz də. Sizə görə ov elədik, ev tikdik, dövlətlər qurduq, dövlətlər dağıtdıq. Sizə görə şeirlər yazdıq, musiqilər bəstələdik, rəsmlər və filmlər çəkdik. Sizə görə bir-birimizi duelə də çağırdıq, özümüzü də öldürdük.
Sizə də az çəkdirməmişik tarixboyu. Haqlarınızı tapdadıq, tonqalda yandırdıq, evdə zorakılıq elədik, işdə təcavüz. Özümüzdən aşağı bildik, zəif cins də dedik. Amma… indi heç nə əvvəlki kimi deyil. Tarixdə bəlkə də ilk dəfədir ki, bu qədər bərabərhüquqluyuq. İndi seçim etmək haqqı həm sizdə, həm bizdə eynidir. Nə güclü olmaq məcburiyyətindəsiniz, nə də zəif. İndi istəsəniz güclü, istəsəniz zərif, istəsəniz işgüzar, istəsəniz evdar, istəsəniz ilham pərisi, istəsəniz yaradıcı ola bilərsiniz. İndi istəsəniz bizə ev də tikərsiniz, film də çəkərsiniz, lap çox istəsəniz ov da eləyərsiniz. Əsas odur istəyin və bacarın!
Biz eyni deyilik. Amma eyni növün iki cinsiyik. Nə biz siz ola bilərik, nə də siz biz ola bilərsiniz. Amma biz bir yerdə olduqca insan var və olacaq!
Bayramınız mübarək, Xanımlar! Həmişə xoşbəxt olun! ❤️ | Posted on 08/Mar/2023 19:47:40
Check out the latest gallery of Taleh Yuzbayov



