Üzel Kərimova Instagram – Biz uşaq olanda, bayram, yadların bir birini xatırlaması, ‘yadımdasan’ deməsi kimi bir şey idi.. Mən elə xatırlayıram. Çünkü doğmalar hər zaman bir birinin ətrafında olurdular. Hədiyyələr üçün çox da xüsusi günə ehtiyac olmurdu. “Bunu sənin üçün almışam” hələ də doğmalarımın səsindən canlandıra bilirəm xəyalımda.
Yeri, tarixi gələndə hiss edirsən nə qədər çox xatirə topladığını.
Bugün hiss elədim nə qədər yadın doğma, nə qədər doğmanın zamanla yaddan da yad olduğunu.
Həyat tam da hər birimizin bildiyi bir mahnının sözləri kimidir…
Əslində bu bir təşəkkür yazısıdır 🙂 Dünən günümü gözəlləşdirən hər kəsə təşəkkür edirəm. Hər günümü gözəlləşdirən doğmalara da. Yaxşı ki, siz 🤍
Tək günümüz deyil, hər günümüz mübarək 💕 🙂 | Posted on 09/Mar/2024 23:27:30