Taleh Yuzbayov Instagram – Parkinqdə yer tapmaq kimi sonra o yerə görə ödəniş eləmək də var. Bəzən nəğd pulun olmur, bəzən xırdan, bəzən aparat manatlarının biri ilə dirəşib, heç cür onu qəbul eləmək istəmir. Sən də həmin manatı gah əzirsən, gah düzəldirsən, gah öpürsən, gah qoxlayıb, yenə cəhd eləyirsən, amma aparat deyir ki: “Yox e, o yana elə!”. Arxadan kimsə üfüldəyir, kimsə ahıldayır və bir də görürsən növbə yaranıb. Ona görə ən yaxşısı telefonla ödəməkdir. Bir neçə saniyə çəkir. @rabitabank mobil tətbiqi olan Rabita Mobile ilə isə bu lap rahatdır. Parkinq talonu scan elədin, qurtardı getdi. Gedə-gedə görürsən ki, kimsə aparatın qabağında dayanıb, öz manatını gah əzir, gah düzəldir, gah öpür və şükür eləyirsən ki, o adam sən deyilsən. Əsəb keçirmədən parkinqdən çıxırsan. Necə deyərlər, gülə-gülə! 👋 | Posted on 05/May/2024 22:34:29
Check out the latest gallery of Taleh Yuzbayov



