Taleh Yuzbayov

Taleh Yuzbayov Instagram – Çox çətin və maraqlı yol keçdik. Bu layihə Əlixanın beynində çoxdan var idi, amma hər dəfə üstündən keçirdi. Sonra eləmək qərarına gəldi, keçdi şturvalın arxasına bir-bir mindik bu gəmiyə. Emin gəldi ssenarist kimi. Əlixan və mən də qoşulduq ona, çox qısa vaxtda gecə-gündüz yazdıq. Redaktəyə vaxtımız da qalmadı. 2 aydan da az vaxta 500 səhifəyə yaxın ssenari yazdıq. Elə səhnə var idi, çəkiliş meydançasında yazıldı. 

Yavaş-yavaş heyət yığıldı. Kadrda olmayan çox adam əziyyət çəkdi. Rejissor komandası, operatorlar, montajor, işıqçılar, rəssamlar, geyim rəssamları, qrim ustası, rekvizitor, prodüserlər, səsçilər, texniki heyət, bərbər, çayçılar, sürücülər və bir çox adam yayın cırhacırında, gecədən səhərə, bəzən 18 saat çalışdı. Səhvlərimizlə, düzlərimizlə bu işi yekunlaşdırdıq. 

Əlixanı təbrik eləyirəm! 60 günə yaxın çəkilişdə həm rejissor, həm prodüser,  həm aktyor kimi başını itirmədiyinə, bu işi yarımçıq qoymadığına, son yayım gününə qədər montajdan çıxmadığına və belə möhtəşəm final səhnəsinə görə. 

Daha yaxşısını eləmək olardı? Əlbəttə! Həmişə daha yaxşısını eləmək olar. Səhvlərimizi var idi? Kifayət qədər! Amma bu bizim üçün yeni bir təcrübə idi. Buna qədər serial kimi ağır yükün altına girməmişdik. Bundan sonra ideya, güc və pul tapıb, daha da yaxşı işlər görməyə çalışacağıq. 

Tamaşaçılara isə lap çox təşəkkür edirəm. Sizin yazdığın hər komment, atdığınız hər like bizim  özümüzə inamımızı daha da artırdı. Bəyənməyənlərə də minnətdarıq. Keyfiyyətli tənqidlərdən nəticələr çıxartdıq, keyfiyyətsiz tənqidlərə güldük və daha da qaza gəldik. 

Ən əsası artıq “Alatava” adlı bir serial var. Nə vaxtsa həmvətənlərimiz baxıb, deyəcəklər ki, vaxtıykən Azərbaycanda belə insanlar yaşayıb və belə bir serial çəkiblər. Emin kişinin dediyi kimi: “Vaxt gələcək bir-bir öləcəyik. Burdakıların hamısı öləcək. Amma insan xatirələrdə yaşayırsa, demək ölməyib…”

Növbəti işlərdə görüşənədək! | Posted on 10/Jun/2024 13:29:24

Taleh Yuzbayov
Taleh Yuzbayov

Check out the latest gallery of Taleh Yuzbayov